Zelenski ABŞ niyə gedib? - “Financial Times” detalları açıqladı

“Ukrayna prezidenti Vladimir Zelenski hələ yaydan Vaşinqtona səfər etmək fürsəti axtarırdı, lakin təhlükəsizlik vəziyyətinə görə bunu edə bilməmişdi”.

Azpost.info xəbər verir ki, bu barədə “Financial Times” Zelenskinin yaxın ətrafına istinadən yazıb.

Qəzetə danışan Ukrayna rəsmilərinin sözlərinə görə, birinci xanım Yelena Zelenskaya Vaşinqtona səfəri zamanı ərini müşayiət etməyəcək.

ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi bildirib ki, Ukrayna prezidenti Co Baydenin dəvəti ilə dekabrın 21-də Vaşinqtona səfər edəcək. Rəsminin sözlərinə görə, Ağ Evdə Bayden və Zelenski arasında genişləndirilmiş görüş, həmçinin Zelenskinin prezident Baydenin milli təhlükəsizlik komandasının əsas nümayəndələri və onun kabinetinin üzvləri ilə danışıqları planlaşdırılır. Zelenskinin ABŞ Konqresində də çıxışı gözlənilir.

“ABŞ-a Ukraynanın müqavimətini və müdafiəsini gücləndirmək üçün gedirəm. Co Baydenlə Ukrayna və ABŞ arasında əməkdaşlığı müzakirə edəcəyik. Konqresdə çıxış edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcəyəm”, – Zelenski özü “Tviter”də yazıb.

Ağ Evin bəyanatında isə deyilir ki, Vladimir Zelenskinin Vaşinqtona səfəri zamanı Co Bayden Ukraynaya Rusiyanın təcavüzündən özünü müdafiə etmək üçün yeni təhlükəsizlik yardımı paketini elan edəcək. Bu, müttəfiqlərin ukraynalılara təhvil verdiyi ən güclü və təkmil anti-raket silahı olan “Patriot”u əhatə edən 2 milyard dollarlıq yardım paketidir.

Qeyd edək ki, bu, Ukrayna prezidentinin müharibə başlayandan bəri xaricə ilk səfəridir. Fevralın 24-dən o, Ukraynanı tərk etməyib və xarici siyasətçiləri Kiyevdə qəbul edib.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.