“Əfqanıstanda hakimiyyətdə olan “Taliban” qadınların ali təhsil müəssisələrində təhsil almasını qadağan etməklə beynəlxalq öhdəliklərini pozub”.
Azpost.info xəbər verir ki, bunu BMT-nin İnsan Haqları üzrə Ali komissarı Volker Turk deyib.
Onun sözlərinə görə, bu, əfqan qadın və qızlarının hüquqlarına dəhşətli və qəddar zərbədir.
Komissar əfqan qadınlarının bu illər ərzində bir çox peşə sahələrində mühüm töhfələr verdiyi bildirib. O qeyd edib ki, qadınların və qızların bütün səviyyələrdə təhsil almaq hüququ fundamental və mübahisəsizdir.
BMT rəsmisi Əfqanıstan hakimiyyətini qərarlarına yenidən baxmağa çağırıb.
“Qızların orta məktəbə getməsinə qadağa qoyulması ilə yanaşı, ölkənin inkişafı yolunda itirmiş və itiriləcək bütün qadın həkimləri, hüquqşünasları və müəllimləri düşünün. Qadınların orta və ali təhsil sistemində iştirakının dayandırılması Əfqanıstanın beynəlxalq hüquq üzrə öhdəliklərinin açıq şəkildə pozulmasıdır”, – Turk qeyd edib.
Azpost.info