Bu gün altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçirilir.
Sessiyada 25 saylı Naxçıvan şəhər Seçki Dairəsindən seçilən deputat – Seymur Talıbov və 7 saylı Aralıq Seçki Dairəsindən seçilən deputat Vasif Talıbov iştirak etmir(apa).
Digər deputatlar iclasda iştirak edir.
Sessiyanın müzakirəsinə aşağıdakı məsələlər daxil edilib:
1. 2022-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları
2. Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin təsdiq edilməsi
3. Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi
4. İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi.