FHN-in ikinci mobil səhra hospitalı Türkiyəyə yola salınıb – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) hər cür tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş ikinci mobil səhra hospitalı qardaş ölkəyə göndərilib.

FHN-dən verilən məlumata görə, hospital 5 funksional bölmədən – qəbul-çeşidləmə, laboratoriya, reanimasiya, sarğı və 2 əməliyyat blokundan ibarət olmaqla ən ağır yaralı və xəstələrin müayinə, əməliyyat və müalicəsi üçün müvafiq şəraitlə təmin olunub. Mobil səhra hospitalında hərbi səhra şəraitində fəaliyyət göstərə bilən peşəkar tibbi heyət xidmət aparacaq. Hospitalda ixtisaslaşmış tibbi xidmət göstərmək üçün hər cür təminat həyata keçirilib. Hospital Səhiyyə Nazirliyi tərəfindən dərman, tibbi sərf materialları və reaktivlərlə təmin olunub.

Mobil səhra hospitalını aparan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.