“İlk günlər istədiyimiz fəaliyyəti həyata keçirə bilmədik, halallıq istəyirəm”- ƏRDOĞAN

“Şəhərinizi qoruyun, ata-baba yurdunuzu həmişəlik tərk etməyin”.

Azpost.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsi Adıyamana səfəri zamanı deyib.

“Biz qırılma xəttinə yaxın ərazilərdə tikintiyə, köhnə yaşayış məntəqələrində hündürmərtəbəli binalara icazə verməyəcəyik. Millətimə söz verirəm ki, bir il ərzində zəlzələnin yaralarını böyük ölçüdə sağaldacağıq. Sarsıntıların dağıdıcı təsiri və mənfi hava şəraiti səbəbindən ilk bir neçə gün Adıyamanda istədiyimiz fəaliyyəti həyata keçirə bilmədik. Bunun üçün halallıq istəyirəm. Hər şeydən xəbərdarıq və heç bir şübhə olmamalıdır ki, biz lazım olanı edirik və edəcəyik”, – Ərdoğan bildirib.

Türkiyə prezidenti onu da qeyd edib ki, dövlət bütün şəhərləri fəlakətlərə mümkün qədər tez hazırlamaq üçün əlindən gələni edəcək.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.