Azərbaycanda daha 53 nəfər COVID-19-a yoluxub, 6 nəfər ölüb- Operativ Qərargah

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 53 yeni yoluxma faktı qeydə alınıb, 32 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 6 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 828 783 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 418 nəfər müalicə olunaraq sağalıb, 10 135 nəfər vəfat edib, aktiv xəstə sayı 230 nəfərdir.

Ölkədə son sutka ərzində 1 664, hazırkı dövrədək isə 7 534 623 test aparılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.