Aİ-nin xüsusi nümayəndəsi Azərbaycanla Ermənistanı dialoqa çağırıb

Son ölümcül toqquşma və atışma xəbərlərindən çox narahatıq.

APA xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Tvitterdə bildirib.

O, Azərbaycanla Ermənistanı dialoqa çağıraraq əlavə edib ki, bütün məsələlər yalnız danışıqlar yolu ilə həll edilməlidir.

Toivo Klaar regionun müharibədən kifayət qədər zərər çəkdiyini vurğulayıb.

“İndi davamlı, ədalətli sülh üçün birlikdə çalışmağın vaxtıdır”, – Aİ-nin xüsusi nümayəndəsi qeyd edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.