“Ermənistan Qarabağa silah sızdırır”- Türkiyə XİN rəhbəri

Vətən müharibəsi başa çatandan sonra Azərbaycanla Türkiyə səmimi şəkildə Ermənistanla münasibətlərin normallaşdırılmasını istədi. Azərbaycan sülh təşəbbüsü ilə çıxış etdi.

APA xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV-yə müsahibəsində deyib.

Nazir, Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyini xatırladıb.

Türkiyə XİN rəhbəri qeyd edib ki, Ermənistan Qarabağa silah sızdırır, gərginlik yaradırlar.

“Biz Azərbaycanın yanındayıq”, – nazir əlavə edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.