“NATO-Azərbaycan tərəfdaşlığından hər iki tərəf faydalanır”- Baş katibin köməkçisi

Azərbaycan və NATO bizim əməkdaşlığımızdan təhlükəsizlik, müdafiə sahəsində islahatlar və terrorçuluqla mübarizə də daxil olmaqla bir sıra sahələrdə faydalanır.

Bunu NATO Baş katibinin kəşfiyyat və təhlükəsizlik üzrə köməkçisi, general Devid Kettler Brüsseldə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşündən sonra bildirib.

“Azərbaycanın NATO-dakı missiyasına və Hikmət Hacıyevə zəngin müzakirəmizə görə təşəkkür edirəm. Azərbaycan 20 ildən çoxdur ki, NATO ilə tərəfdaşlıq edir. Azərbaycan və NATO bizim əməkdaşlığımızdan təhlükəsizlik, müdafiə sahəsində islahatlar və terrorçuluqla mübarizə də daxil olmaqla bir sıra sahələrdə faydalanır”, – Kettler qeyd edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.