Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti uzadılıb

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti uzadılıb.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti oktyabrın 2-dək uzadılıb.

Qeyd edək ki, bundan əvvəl bu müddət iyulun 1-dək idi.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.