“France24”ün məqaləsi təbliğatın iyrənc formasıdır…”- Hikmət Hacıyev

Fransanın Azərbaycan əleyhinə təbliğatı davam edir.

APA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter paylaşımında bildirib.

O qeyd edib ki, “France24“ agentliyinin dərc etdiyi məqalədə ermənilərə məxsus olduğu iddia edilən şəkil əslində Agence France-Presse (AFP) 2020-ci ildə çəkilən və Azərbaycan xalqının ağrı-acısını əks etdirən şəkildir, “France24“ həmin şəkli “erməniləşdirib”.

“Bu, təbliğatın iyrənc formasıdır, obyektivlikdən və jurnalist etikasından uzaqdır”, – Hikmət Hacıyev vurğulayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.