Özbəkistan Prezidenti sabah Azərbaycana gəlir

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 22-23 avqust tarixlərində Azərbaycana səfər edəcək.

Bu barədə Özbəkistan Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Özbəkistan liderinin ölkəmizə dövlət səfəri proqramı iki ölkə başçılarının iştirakı ilə yüksək səviyyəli danışıqların və digər tədbirlərin keçirilməsini nəzərdə tutur.

Həmçinin, danışıqların yekununda bir sıra ikitərəfli sazişlərin imzalanması planlaşdırılır(apa).

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.