ABŞ hər kəsin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinin tərəfdarıdır- BLİNKEN

ABŞ Qarabağdakı hadisələr fonunda hər kəsin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinin tərəfdarıdır.

APA “Anadolu”ya istinadən xəbər verir ki, bunu ABŞ-ın Azərbaycanın Qarabağdakı ərazi bütövlüyünü bərpa etmək hüququnu tanıyıb-tanınmaması ilə bağlı suala dövlət katibi Antoni Blinken deyib.

“Söhbət suverenlik, ərazi bütövlüyü, müstəqillikdən gedirsə, biz bu təklifləri maraqlandıran hər kəs üçün dəstəkləyirik”, – o deyib.

Blinken vurğulayıb ki, ABŞ son 24 saat ərzində Bakı və Qarabağdakı etnik ermənilərin nümayəndələri ilə müzakirələr də daxil olmaqla, bütün maraqlı tərəflərlə sıx əlaqə saxlayır.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.