ABŞ Konqresinin Nümayəndələr Palatası respublikaçıların İsrailə təklif etdiyi 14,3 milyard dollarlıq yardım planını Ukraynanı xatırlatmadan təsdiqləyib.
Azpost.info xəbər verir ki, qanun layihəsini Konqresin aşağı palatasının 226 üzvü dəstəkləyib, 196-sı əleyhinə çıxıb.
Respublikaçılar Nümayəndələr Palatasında çoxluğa malikdir və onlara 12 demokrat qoşulur.
Qəbul edilmiş qanun layihəsi baxılmaq üçün ABŞ Senatına göndərilməlidir. Orada qəbul edilərsə, imzalanmaq üçün prezident Co Baydenə gedəcək. Lakin Ağ Ev daha əvvəl xəbərdarlıq etmişdi ki, prezident Ukraynanın maraqlarını nəzərə almayan qanun layihəsinə veto qoyacaq.
Bundan əvvəl Bayden bir paketdə İsrail və Ukraynaya kömək üçün Konqresdən 105 milyard dollar istəyib. Bu vəsaitin 14,3 milyard dolları İsrailə, 61,4 milyard dolları isə Ukraynaya köçürülməli idi.
Bununla belə, Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsi prezidentə çatmaya bilər. Senat çoxluğunun lideri Çak Şumer Nümayəndələr Palatasının buna səs verməyəcəyini və həm İsrailə, həm də Ukraynaya yardımı əhatə edən daha geniş tədbirlər paketi təklif edəcəyini bildirib.
Azpost.info