Rusiyada 4 noyabr Milli Birlik Günündə Moskvada Qırmızı Meydanda Kuzma Minin və Dmitri Pojarskinin abidəsi önünə gül qoyma mərasimi keçirilib.
Azpost.info Kremlin teleqram kanalına istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin tədbirin iştirakçısı olub.
Ənənəvi rus dini icmalarının liderləri də abidənin önünə gül dəstələri qoyublar.
“Ənənəvi mərasimdə dini konfessiyaların nümayəndələri ilə yanaşı, ictimai və gənclər təşkilatlarının üzvləri də iştirak ediblər”, – məlumatda deyilir.
Kremlin məlumatına görə, mərasim çərçivəsində Putin onun iştirakçıları ilə qısa söhbət edib.