Türkiyə prezidenti Ərdoğan İsrailin baş naziri Binyamin Netanyahunu artıq həmsöhbət hesab etmədiyini bildirib.
Azpost.info RİA Novosti-yə istinadən bildirir ki, Ərdoğan Qüdslə hazırda yalnız Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalının əlaqə saxladığını deyib.
“Hazırda mənim İsraillə heç bir əlaqəm yoxdur. Bunu deyəcəyəm: Netanyahu artıq bizim üçün heç bir mənada həmsöhbət deyil. Biz bunun üstündən xətt çəkdik”, – deyə Ərdoğan bildirib.
Türkiyə lideri Netanyahunun xalqın dəstəyini itirdiyini qeyd edib. Onun sözlərinə görə, İsrailin baş naziri İsrail ordusunun Qəzza zolağındakı cinayətlərinə haqq qazandırmaq üçün populizmə əl atır.
“O, Tövratdan sitat gətirməklə və dini terminlərdən istifadə etməklə kütləvi qətllərinə dəstək tapmaq istəyir. Bu adamın gördüyü iş sırf piar işidir, populist yanaşmadır”, o əlavə edib.