ABŞ və Özbəkistan əmir Teymur haqqında birgə film çəkib –Baş rolu kim oynayır? /FOTOLAR

ABŞ və Özbəkistan sərkərdə Əmir Teymur haqqında birgə bədii film çəkib. 
Azpost.info bildirir ki, “Netflix”in sifariş verdiyi film tammetrajlı tarixi kino olacaq.
“Teymur” adlanan filmin daxili çəkilişləri (prosesin təxminən 50%-i) Özbəkistanda, xarici hissəsi Qazaxıstanda aparılıb.

Layihə üzərində beynəlxalq aktyor qrupu işləyib. Burada ABŞ, Böyük Britaniya, Avstraliya, Monqolustan, Qazaxıstan və Özbəkistandan olan aktyorlar çəkilib. Filmin rejissoru Ceykob Şvartsdır.

Baş rolu Skandinaviya-hind kökləri olan amerikalı aktyor Kristian Mortensen ifa edib.

Film 2024-cü ildə ekranlara çıxacaq.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.