Rusiya Ukraynanın PUA hucumunun qarşısını alıb –17 PUA vurulub

Rusiya Müdafiə Nazirliyi bu gecə Ukraynaya məxsus  17 PUA-nın hucumunun qarşısını alıb.

Azpost.info bildirir ki, bu barədə MN məlumat yayıb.

“Noyabrın 7-də səhər saatlarında Rusiya ərazisindəki hədəflərə 17 PUA-dan hucum cəhdinin qarşısı alınıb. Hava hücumundan müdafiə sistemləri Ukraynanın doqquz pilotsuz uçuş aparatını məhv edib, səkkiz PUA  Qara dəniz və Krım ərazisi üzərində ələ keçirilib”, – deyə nazirlikdən bildirilib.

Həmin gün səhər saatlarında Sevastopol qubernatoru Mixail Razvojayev bildirmişdi ki, PUA-nın dağıntıları evin üzərinə düşüb və yanğın baş verib. O, həmçinin Qara dəniz üzərində PUA-ların vurulduğunu açıqlayıb. İlkin məlumata görə, Hava Hücumundan Müdafiə Qüvvələri beş PUA-nı vurub.

Ötən gün Rusiya ordusu Voronej vilayətində iki PUA aşkar edərək zərərsizləşdirib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.