“Ayıb olsun sənə, Quterreş!”- İsraildən BMT Baş katibinə sərt təpki

İsrail xarici işlər naziri Eli Koen BMT Baş katibi Antonio Quterreşə Qəzzanı uşaq qəbiristanlığı ilə müqayisə etməsinə görə sərt təpki verib.

Azpost.info xəbər verir ki, Koen Fələstinin HƏMAS üzvlərinin doqquz aylıq körpə də daxil olmaqla 30-dan çox israilli azyaşlı uşağı girov saxladığını xatırladıb.

“Ayıb olsun sənə, Antonio Quterreş! 30-dan çox azyaşlı, o cümlədən doqquz aylıq körpə, həmçinin uşaqlar Qəzza zolağında iradələrinə zidd saxlanılır”, – Koen deyib.

BMT Baş katibi daha əvvəl bildirmişdi ki, Qəzzanın bombalanması və İsrail ordusunun quru əməliyyatları nəticəsində uşaqlar da daxil olmaqla mülki şəxslər ölür. O, mərmilərin xəstəxanalar, qaçqın düşərgələri, məscidlər, kilsələr və BMT obyektləri də daxil olmaqla humanitar obyektlərə də düşdüyünü vurğulayıb.

Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, bombardmanlar nəticəsində 10 minə yaxın fələstinli həlak olub.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.