“Moskva Ukrayna ilə müharibədə qalib gələ bilsə, Avropada çoxlu sayda Putinin oxşarı – populist və ifrat sağçı liderlər peyda olacaq”.
Azpost.info xəbər verir ki, bunu Rumıniya Baş naziri Marçel Çiolaku “Bloomberg”ə deyib.
“Unutmayaq ki, gələn il bizim Avropa Parlamentinə seçkilərimiz var və əgər biz assambleyada daha çox ekstremist səslər görsək, bu, Avropa İttifaqı daxilində daha böyük zəiflik yaradacaq”, – Baş nazir qeyd edib.
Ciolakunun sözlərinə görə, Avropada sağçı və populist qüvvələrə dəstək artır, onların çoxu Ukraynaya yardımı tənqid edir və Kremllə münasibətlərin kəsilməsinə təəssüflənir.
Çiolaku təsdiqləyib ki, Ukrayna və Moldovanın Avropa İttifaqına daxil olmaq istəyini dəstəkləyir. O qeyd edib ki, Macarıstan və Slovakiyanın baş nazirləri Viktor Orban və Robert Fikonun rusiyayönlü fikirlərinə görə blok liderləri arasında vahid mövqeyə nail olmaq çətindir.
Baş nazir əlavə edib ki, onun hökuməti Avropalı müttəfiqlərdən yorğunluq fonunda belə, Ukraynaya hərtərəfli yardım göstərməyə davam edəcək: “Cəmiyyət Ukrayna mövzusundan İsraillə HƏMAS arasındakı münaqişədən yayınıb. Amma oradakı məsələ Ukraynadakı müharibədən daha tez həll olunacaq”.
Azpost.info