“Qriqoryan MDB-nin toplantısında iştirak etmək əvəzinə amerikalılarla görüşüb”- Rusiya XİN

“Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iş qrafikinin çoxluğuna görə MDB həmkarları ilə görüş üçün Moskvaya uçmaqdan imtina etdi. Sonradan onun yüksək rütbəli amerikalı rəsmi ilə görüşdüyü məlum olub”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Qriqoryan bir tərəfdən hazırlaşırdı, sonra dedi ki, iş qrafiki çox olduğundan uça bilməz. Sonradan məlum oldu ki, o, İrəvanda Dövlət Departamentinin Cənubi Qafqaz üzrə baş müşaviri ilə görüşüb. Özünüz nəticə çıxarın”, – Zaxarova bildirib.

XİN rəsmisi həmçinin qeyd edib ki, Moskvada keçirilən görüşdə Ermənistanın Rusiyadakı səfiri də iştirak edib.
Qriqoryanın MDB ölkələrindən olan həmkarları ilə Moskvada keçiriləcək görüşdə iştirak etməyəcəyini onun mətbuat katibi Tatevik Petrosyan açıqlayıb. O, qərarın səbəbinə aydınlıq gətirməyib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.