“Avropa Ukraynaya yardımı azaltmayacaq”- Almaniya XİN rəhbəri

“Avropa Ukraynaya yardımı azaltmayacaq”.

Azpost.info xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Brüsseldə Avropa İttifaqı həmkarları ilə görüşdə deyib.

Onun sözlərinə görə, plan yalnız ölkəyə dəstəyi genişləndirməkdən ibarətdir.

XİN rəhbəri digər təfərrüatları açıqlamayıb.

Daha əvvəl bildirilmişdi ki, Almaniya hakimiyyəti gələn il Ukraynaya hərbi yardımı ikiqat artırmaq niyyətindədir – 4 milyard avrodan 8 milyard avroya. Ukrayna tərəfinə Almaniyadan humanitar, maliyyə və hərbi yardımın ümumi həcmi ötən il yarım təxminən 24 milyard avro olub.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.