Kemeron ilk açıqlamasını verdi- Ukrayna və Yaxın Şərqdəki münaqişələrdən danışdı

“Ukrayna və Yaxın Şərqdəki münaqişələr fundamental qlobal dəyişikliklər kontekstində baş verən əsas beynəlxalq problemlərdir”.

Azpost.info xəbər verir ki, bunu Böyük Britaniyanın yeni xarici işlər naziri Devid Kemeron deyib.

Bu, Kemeronun Xarici İşlər Nazirliyinin rəhbəri kimi ilk açıqlamasıdır. O, Baş nazir Rişi Sunakın sərəncamı ilə Ceyms Kleverlini əvəz edib.

“Ukraynadakı müharibə və Yaxın Şərq böhranı da daxil olmaqla bir sıra qorxulu beynəlxalq problemlərlə üzləşirik. İndi müttəfiqlərimizin yanında olmaq, tərəfdaşlığımızı gücləndirmək və səsimizi eşitdirmək həmişəkindən daha vacib olub”, – Kemeron qeyd edib.

Onun sözlərinə görə, Böyük Britaniya həqiqətən beynəlmiləl ölkədir: “İnsanlarımız dünyanın hər yerində yaşayır və şirkətlərimiz dünyanın hər yerində ticarət edir. Dünya miqyasında sabitlik və təhlükəsizliyi təşviq etmək üçün çalışmaq vacibdir və birbaşa milli maraqlarımıza uyğundur. Bizim daxili təhlükəsizliyimiz üçün beynəlxalq təhlükəsizlik həyati əhəmiyyət kəsb edir” – XİN rəhbəri əlavə edib.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.