Son bir həftədə Qəzzanı 200 min sakin tərk edib

Qəzzada atəşkəs
Qəzzada atəşkəs

Noyabrın 5-dən bəri Qəzza zolağının 200 mindən çox sakini İsrail ordusunun açdığı humanitar dəhlizlərdən istifadə edərək evlərini tərk edib.

Azpost.info bildirir ki, bu barədə İsrailin Fələstin Ərazilərində Hökumət Fəaliyyətləri üzrə Koordinatoru (COGAT) sosial şəbəkələrdə məlumat yayıb.

“Minlərlə Qəzza sakini öz təhlükəsizlikləri üçün  təxliyə dəhlizləri ilə cənuba doğru hərəkət etməyə davam edir”, COGAT qeyd edib.

Bazar ertəsi, noyabrın 13-də İsrail ordusu Qəzza zolağının cənubunda Misirlə sərhədə yaxın ərazidə hərbi əməliyyatların dörd saatlıq dayandırıldığını elan edib.

Müvəqqəti atəşkəs “humanitar məqsədlər üçün” tətbiq edilir.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.