İran Azərbaycanla əməkdaşlıq əlaqələrini inkişaf etdirəcək- Nasir Kənani

Rəsmi Vaşinqton ABŞ-a aid olmayan işlərə qarışır. İran qonşu dövlətlərlə, o cümlədən Azərbaycanla əməkdaşlıq əlaqələrini inkişaf etdirəcək.

Bu sözləri İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Nasir Kənani Tehranda keçirdiyi həftəlik brifinqdə deyib.

O bildirib ki, ABŞ-ın dostluq münasibətlərinə müdaxilə edərək bu əlaqələri pozmağa ixtiyarı yoxdur. Vaşinqton regiona müdaxilə etməsinə son qoymalıdır.

N.Kənani ABŞ Dövlət Departamentinin nümayəndəsi Ceyms O’Braynın Azərbaycanı İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dəmir yolu açması planını tənqid etməsini qərəzli adlandırıb( Azərtac).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.