Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kiril Budanovun həyat yoldaşı Marianna ağır metaldan zəhərlənmə diaqnozu ilə xəstəxanadadır.
Azpost.info xəbər verir ki, Baş Kəşfiyyat İdarəsindəki mənbə bildirib ki, o, səhhətində yaranan ağırlaşmadan sonra xəstəxanaya yerləşdirilib və hazırda müalicə kursu keçir.
“Bu maddələr heç bir şəkildə gündəlik həyatda və ya hərbi sahədə istifadə edilmir. Bu, konkret bir şəxsi zəhərləmək üçün qəsdən zəhərləmə cəhdindən xəbər verə bilər”, – mənbələr qeyd ediblər.
Hazırda M.Budanovanı öldürmək cəhdi ilə bağlı araşdırma aparılır.
UNIAN mənbələri Marianna Budanovanın zəhərlənmə qurbanı olması barədə məlumatı təsdiqləyib.
Azpost.info