“Qarabağ” Norveçdə həlledici oyuna çıxır

“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində həlledici oyuna çıxacaq.

Ağdam təmsilçisi H qrupundakı beşinci matçında Norveçdə “Molde”nin qonağı olacaq. “Aker” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Matçı belçikalı Erik Lambrexts idarə edəcək.

Dörd turdan sonra “Qarabağ” 6 xalla qrup ikincisidir. Eyni xala malik “Molde” isə üçüncü pillədə qərarlaşıb. “Köhlən atlar” səfər matçında qalib gələcəyi halda, Avropa Liqasında ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanacaq. Əks-təqdirdə, bütün suallara son turda aydınlıq gələcək.

Qrupun digər matçında isə Almaniya “Bayer”i İsveçdə “Hekken”in qonağı olacaq.

UEFA Avropa Liqası

Qrup mərhələsi, V tur

30 noyabr

00:00. “Molde” (Norveç) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Erik Lambrexts (Belçika)

Molde, “Aker” stadionu.

Xal durumu: “Bayer” – 15, “Qarabağ” – 6, “Molde” – 6, “Hekken” – 0.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.