“HƏMAS öhdəliyini yerinə yetirmədi, atəşkəs razılaşmasını pozdu”- İsrail hökuməti

“HƏMAS cümə günü bütün oğurlanmış qadınları azad etmək öhdəliyini yerinə yetirməyərək atəşkəs razılaşmasının şərtlərini pozub və İsrailə raket hücumlarını bərpa edib”.

Azpost.info xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahunun ofisindən bildirilib.

Məlumatda həmçinin qeyd olunub ki, İsrail hərbi əməliyyatlara qayıtmaqla yanaşı, girovları azad etmək, HƏMAS-ı məhv etmək və Qəzza zolağının İsrail xalqı üçün heç vaxt təhlükə yaratmayacağına təminat vermək kimi məqsədlərinə çatmağa sadiqdir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.