Moskvada “Sadovod” bazarında yanğın çıxıb.
Azpost.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Fövqəladə Hallar Nazirliyi 350 nəfərin təxliyə edildiyini bildirib.
“Xilasedicilər 350 nəfəri təxliyyə ediblər. Yanğının söndürülməsi yüksək yanğın yükü və binaların sıx olması ilə çətinləşir. Yanğının yayılmasının qarşısını almaq üçün yanğınsöndürənlər yaxınlıqdakı yanmayan köşklərin konstruksiyalarını sökürlər”, – nazirlikdən bildirilib.
Yanğının söndürülməsinə 100 yanğınsöndürən və 45 texnika cəlb olunub.
Sadovod ərazisində bu ilin may və iyun aylarında da yanğın çıxmış, həmin vaxt yanğının sahəsi müvafiq olaraq 50 və 30 kvadratmetri əhatə etmişdi.
KP.RU baş verən yanğında bir nəfərin xəsarət aldığını yazıb. Onun vəziyyəti barədə məlumat verilmir. Hadisə şahidlərinin sözlərinə görə, yanğın qızdırıcının naqillərindəki qısaqapanma nəticəsində baş verə bilər.
Sadovod bazarı Moskvanın Cənub-Şərqi inzibati rayonunda yerləşir və 1990-cı illərdən mövcud olan böyük geyim bazarıdır. Bazarın sahiblərindən biri yəhudi əsilli azərbaycanlı milyarder Qod Nissanovdur.
Azpost.info