“İsrail Qəzza zolağını yenidən işğal edir”- Fələstin Baş naziri

İsrail hakimiyyəti Qəzza zolağının işğalını təkrar həyata keçirir və anklav daxilində bufer zonalar yaratmağı planlaşdırır.

Azpost.info xəbər verir ki, bunu Fələstin Baş naziri Məhəmməd Ştaye deyib.

“Qəzza zolağının təkrar işğalı və onun daxilində bufer zonalar yaratmaq planları ilə üzləşmişik. Biz bu planları tamamilə rədd edirik və bütün dünyanı onları rədd etməyə çağırırıq”, – Baş nazir deyib.

Ştayenin sözlərinə görə, Qəzzanın sahəsi bir vaxtlar təxminən 555 kv.km. olub. İndi isə 364 kv.km.-dən çox deyil.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.