Sabirabad rayonunda Vətən Müharibəsi qazisi vəfat edib.
Azpost.info bildirir ki, bu barədə hüquq müdafiəçisi Emil Məmmədov məlumat verib.
Rayonun Azadkənd sakini, 24 yaşlı qazi Orxan Cümşüd oğlu Quliyev dünyasını dəyişib.
Orxan Quliyev Vətən müharibəsində bir ayağını itirmişdi. Sonralar aldığı yaralardan onkoloji xəstə olub.
Orxan subay idi. Qazimiz bu gün saat 11-də doğma kəndlərində torpağa tapşırılacaq.
Allah rəhmət eləsin!