Bakıda avtobus zolaqlarının sayının artırılmasına ehtiyac var- Nazir müavini

Daşıyıcıların avtobus parkının yeniləməsi üçün iş aparılır. Sərnişinlərə daha keyfiyyətli xidmət göstərmək üçün yeni avtobusların gətirilməsi nəzərdə tutulur.

Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov “Azərbaycanda Mobilliyin Transformasiyası Proqramı”nın təqdimatında bildirib.

R.Hümmbətov qeyd edib ki, bu il Bakı-Sumqayıt yolunda avtobus zolağı təşkil edilib.

“Bu isə həmin istiqamətdə 1 800-dən çox avtobusun rahat hərəkət etməsinə, sərnişinlərin isə yollarda 20 dəqiqədən çox vaxt itirməsinin qarşısını alıb. Hazırda Bakı şəhərində avtobus zolaqlarının sayının artırılmasına ehtiyac var”, – deyə nazir müavinin əlavə edib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.