Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Boztəpə kanalının İmişli rayonu, Qaragüvəndikli kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
**
İmişlidə 10 yaşlı uşaq su kanalına düşüb.
Qaragüvəndikli kəndində 2013-cü il təvəllüdlü Rasim Xankişiyev “Boztəpə”” su kanalı düşüb.
Hazırda onun axtarışları davam edir.