Xəzər dənizində dalğanın hündürlüyü 4 metrə çatıb

Milli Hidrometeorologiya Xidmətinin dekabrın 28-i saat 12:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit, güclü küləkli hava şəraiti davam edir.

Xidmətdən bildirilib ki, hazırda Şəki, Xaltan, Şabranda yağış, Altıağac, Şahdağ, Qusar, Quba, Qaxda (Sarıbaş) qar yağır.

Şimal-qərb küləyinin sürəti Bakıda və Abşeron yarımadasında arabir 33 metr/saniyəyədək güclənib. Qax, Balakən, Gədəbəy, Daşkəsəndə küləyin sürəti saniyədə 20, Şabranda isə 17 metrə çatıb.

Neft Daşları hidrometeoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 4 metrə çatıb.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.