Bakıda avtomobil qaçıran yeniyetmələr tutulub

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 100

Yanvarın 1-də saat 12 radələrində paytaxtın Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində yerləşən avtomobillərin təmiri sexindən “Hyundai” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Bakı Şəhər Baş Polis İdarəsi və Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən 2 yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla onların təmiri sexində olan “Mercedes” və “Toyota” markalı avtomobilləri əzmələri və şüşələrini sındırmaları, habelə “Hyundai” markalı avtomobilin şüşəsini sındıraraq qeydiyyat nişanlarını oğurlamaları da müəyyən olunub.

Araşdırmalar davam etdirilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.