Polis əməkdaşlarının yanvarın 12-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 19,9 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Azpost.info bildirir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 10 kiloqramdan çox marixuana, 1 kiloqram 567 qram heroin, 7 kiloqram 163 qram tiryək, 1 kiloqram 173 qram metamfetamin və 1263 ədəd metadon həbi olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.