Binəqədi RPİ-nin 40-cı və 5-ci polis bölmələri əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Bakı şəhər sakini S.Tağıyeva saxlanılıb. Ondan metamfetamin aşkar olunaraq götürülüb.
Azpost.info bildirir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.
Polis əməkdaşları tərəfindən narkotik vasitəni ona satmaqda şübhəli bilinən paytaxt sakini Bahadur Vəliyev də müəyyən olunaraq saxlanılıb. Ondan çəkisi 2 kiloqram 65 qram marixuana götürülüb.
Davam etdirilən tədbirlərlə B.Vəliyevə narkotik vasitəni satmaqda şübhəli bilinən Xırdalan şəhər sakini Nurlan Tağıyev də müəyyən olunaraq saxlanılıb. Ondan 2 kiloqram 167 qram marixuana, yaşadığı evə baxış zamanı isə 13 qramdan artıq heroin, 20 qrama yaxın metamfetamin və metadon həbi aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.