Bakı-Quba-Rusiya Federasiyası sərhədi yeni ödənişli avtomobil yolunda ölümlə nəticələnən qəza baş verib.
Yolun 108-ci kilometrliyində, Siyəzən rayonu ərazisindən keçən hissəsində “BMW” markalı avtomobil aşıb.
Qəza nəticəsində sürücü, 1997-ci il təvəllüdlü Cəfər Həsənov hadisə yerində ölüb. Avtomobildə olan digər sərnişinlər – 1998-ci il təvəllüdlü Leyla Qocayeva, Nərmin Təhməzova və Emin Xudiyev xəsarət alıblar.
Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır(trend).