Gürcüstan vətəndaşının Bakıda partlayışda öldüyü təsdiqlənib

Gürcüstan Xarici İşlər Nazirliyi Bakıda mebel sexində baş vermiş partlayış nəticəsində Gürcüstan vətəndaşının həlak olmasını təsdiqləyib.

XİN yerli KİV-ə açıqlamasında həlak olan şəxsin ailə üzvləri ilə əlaqədə olduğu bəyan edilib.

“Gürcüstan vətəndaşının həlak olması faktı təsdiqlənib. Gürcüstanın Azərbaycan Respublikasındakı səfirliyi mərhumun ailə üzvləri ilə əlaqədədir”, – məlumatda bildirilib.

Gürcüstanın “Mtavari Arxi” telekanalı həlak olanlardan birinin Bolnisinin Naxiduri (Arıxlı) kəndindən olan 35 yaşlı Gürcüstan vətəndaşı Sərrac Yusubov olması barədə məlumat yayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.