Gəncədə 11-ci sinif şagirdi bıçaqlanıb, məktəbli ölüb –YENİLƏNİB

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin məlumatına əsasən, yanvarın 23-də səhər saatlarında Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə kənar şəxs tərəfindən bıçaqlanıb.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi açıqlama yayıb.

Qeyd edilib ki, şagird dərhal xəstəxanaya çatdırılsa da, ölüb.

“Hazırda hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır”, – məlumatda deyilir.

 

**

Bugün Gəncə şəhər 8 saylı orta məktəbdə bıçaqlanma hadisəsi olub .

Azpost.info gununsesi.info-ya istinadən bildirir ki, məktəbin 8-ci sinif şagirdlərindən biri sinif yoldaşını bıçaqlayaraq qətlə yetirib.

Hadisə araşdırılır.

Xəbər yenilənir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.