İcarə müqaviləsinə xitam verildikdən sonra Ukrayna səfirliyinin binasının sonrakı taleyi Rusiyanın maraqlarına uyğun olaraq həll olunacaq.
Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
Onun sözlərinə görə, bu məsələ Xarici İşlər Nazirliyinin səlahiyyətindədir: “Bu, daha çox xarici siyasət fəaliyyətinə aiddir və Xarici İşlər Nazirliyi əlaqələndirici qurumdur. Eyni zamanda, bütün qərarlar bizim maraqlarımıza uyğun olaraq qəbul ediləcək”.
Xatırladaq ki, Moskva Ukraynanın Moskvadakı səfirliyi ilə icarə müqaviləsini ləğv edib. Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, bu qərar Kiyevin oxşar hərəkətlərinə cavabdır. Onun sözlərinə görə, diplomatiyada qarşılıqlılıq prinsipi var.
Azpost.info