Aleksey Navalnı cəzaçəkmə müəssisəsində vəfat edib.
Bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilib ki, Navalnı gəzintidən sonra özünü pis hiss edib, huşunu itirib.
Aleksey Navalnı Yamalo-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki cəzaçəkmə koloniyasında idi.
Yamalo-Nenets Muxtar Dairəsi üzrə FSIN departamenti Aleksey Navalnının koloniyada öldüyü barədə məlumat verib.
“2024-cü il fevralın 6-da 3 saylı cəzaçəkmə müəssisəsində məhkum Navalnı A.A gəzintidən sonra özünü pis hiss edib, huşunu itirib. Dərhal müəssisənin tibb işçiləri gəlib və təcili tibbi yardım briqadası çağırılıb”, – Federal Penitensiar Xidmətincsaytında deyilir.
“Bütün zəruri reanimasiya tədbirləri həyata keçirilib, lakin müsbət nəticə verməyib. Təcili tibbi yardım həkimləri məhkumun ölümünü təsdiqləyiblər. Ölümün səbəbləri araşdırılır”, – Federal Penitensiar Xidmətdən bildirilib.