“Cənubi Qafqazda sülh və sabitlik önəmlidir” –NATO Baş katibi

Cənubi Qafqazda sülh region xalqları, Qara dəniz regionu, ümumilikdə isə Transatlantik təhlükəsizlik üçün vacibdir.

Bunu NATO Baş katibi Yens Stoltenberq Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuat qarşısında bəyanatla çıxış edərkən deyib.

O bildirib ki, burada sülh, sabitlik önəmlidir: “Biz tərəflər arasında sülh prosesini təşviq edir və Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə nail olunacağına ümid edirik”. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.