“Putin çox ağıllı və rasional siyasətçidir”- Macarıstan Baş naziri

Rusiya prezidenti Vladimir Putin çox ağıllı və rasional siyasətçidir.

Azpost.info xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.

O, bu səviyyədə olan liderlə danışıqların ciddi hazırlıq tələb etdiyini bildirib.

“Vladimir Putinin asionallığı yüz faizdən də çoxdur. Onunla bərabər intellektual və siyasi səviyyəni qorumaq istəyirsinizsə, danışıqlar aparmaq və onlara hazır olmaq lazımdır, – Orban qeyd edib.

Macarıstan Baş naziri Rusiya prezidentinin təmkini, dəqiqliyi və hazırlığı ilə seçildiyinə də diqqət çəkib.

Orban əlavə edib ki, o və Putin hələ 2009-cu ildə qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər və hələ də bu qaydaya əməl edirlər.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.