Estoniya hökuməti istefaya getdi- Baş nazir Kaya Kallas hansı vəzifəyə gedir?

Estoniya Baş naziri Kaya Kallas və hökuməti istefa verib.

Azpost.info xəbər verir ki, bununla belə, Kallas yeni kabinet işə başlayana qədər vəzifəsini davam etdirəcək.

Baş nazir prezident Alar Karisə istefa ərizəsi göndərmişdi, sonra hökumət növbədənkənar iclas keçirdi və orada bütün kabinet üzvləri istefa verdi.

Kallasın istefasına səbəb onun Aİ-nin xarici işlər və təhlükəsizlik üzrə Ali nümayəndəsi vəzifəsinə təyin olunmasıdır. Bu, iyunun 28-də Brüsseldə keçirilən sammitdə Aİ liderləri tərəfindən təsdiqlənib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.