Jurnalistlər Ekstremal Şəraitdə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Vətənpərvərlik mövzusunda dəyirmi masaların təşkili” layihəsinin icrasını davam etdirir.
Təşkilatdan verilən məlumata görə, 3 ay müddətində Şamaxı, Masallı, Astara, Biləsuvar, Lənkəran rayonlarında həyata keçiriləcək layihənin məqsədi cəmiyyətdə vətənpərvər və hərbi vətənpərvərlik hissslərinin düzgün aşılanmasına, gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasına kömək etməkdir.
Layihə çərçivəsində növbəti tədbir Lənkəran rayonunda yerləşən “Luxe Lənkəran” otelinin zalında təşkil olunub. Rayon ictiamiyyətinin 23 nəfər nümayəndəsinin iştirak etdiyi tədbir Azərbaycan himni ilə açılıb. Tədbir iştirakçılardan birinin təklifi ilə şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbir iştirakçıları aşğıdakı mövzular ətrafında məlumat alıb və müzakirələrdə iştirak ediblər;
1. Müzəffər Ali Baş Komandanın ordu quruculuğu və qələbəmizdəki böyük rolu.
2. Vətən müharibəsinin qəhrəmanları heç vaxt unudulmayacaq.
3. Azərbaycan xalqı 44 gün bir yumruq kimi.
4. Vətəni cəsur igidlərimiz– qəhrəman şəhidlərimiz kimi sevməliyik.
Tədbirdən sonra iştirakçılar çay süfrəsi arxasında möczu ətrafında söhbətlərini davam etdiriblər.
