Rusiyada ən çox bu işçilərə ehtiyac var- Miqrantlar üçün vakaniyalar artır

Rusiya işəgötürənləri arasında xarici ölkələrdən işə götürülərkən ən çox tələb olunan işçi kateqoriyalarının tərkibi açıqlanlb.

Azpost.info xəbər verir ki, bunlar müştəri xidmətləri menecerləri, İT mütəxəssisləri və marketoloqlardır.
İlk onluğa həmçinin incəsənət və kütləvi informasiya vasitələri sahəsində mütəxəssislər, inzibati heyət, fəhlələr və inşaatçılar daxildir.

Eyni zamanda, tələbatda ən çox artımı elm və təhsil işçiləri üçün vakant yerlər göstərib – ilin birinci yarısında xaricdən bu sahə üzrə işçilər üçün dəvətlərin sayı iki dəfə artıb.

Xarici işçilər üçün dəvətlərin sayı 68, kənd təsərrüfatı mütəxəssisləri 63, xammalçıxarma və tikinti sahəsində çalışanlar müvafiq olaraq 53 və 51 faiz artıb.

FTX-nin məlumatına görə, 2024-cü ilin birinci rübündə əcnəbilər Rusiyaya iş məqsədi ilə 1,4 milyon dəfə daxil olub. Onların əsas hissəsini Özbəkistan (689 min nəfər) və Tacikistan (358 min nəfər) vətəndaşları təşkil edir.

Miqrantların fəhlə və tikinti işçisi kimi vəzifələrə (ümumiyyətlə, aşağı ixtisaslı vəzifələrə) cəlb edilməsi ənənəvi olaraq Mərkəzi Asiya ölkələri və bu il bir sıra Afrika ölkələri üçün xarakterikdir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.