İsrail nümayəndələri Qəzzada atəşkəs və orada saxlanılan girovların azad edilməsi ilə bağlı danışıqları davam etdirmək üçün Misirə gəliblər.
Azpost.info xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Məlumata görə, İsrail nümayəndə heyəti altı nəfərdən ibarətdir. Onların kimliyi açıqlanmır.
Nəşr qeyd edir ki, mənbələr İsrail nümayəndə heyətinin gəlişi faktını mediaya açıqlamaq icazəsi olmadan anonimlik şərti ilə danışıblar.
Azpost.info