“Sərhədi dağıtmaq, Kiyevə daxil olmaq lazımdır…” –Medvedyev qisasa çağırdı

Medvedyev
Medvedyev

“Kursk vilayətində baş verən hadisələrdən sonra Rusiya ordusu Kiyevə doğru getməlidir”.

Azpost.info bildirir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Telegram kanalında yazıb.

Onun sözlərinə görə, baş verən hadisələrdən sonra xüsusi hərbi əməliyyat ekstraterritorial xarakter almalıdır. Rusiya hələ də mövcud olan Ukrayna torpaqlarına – Odessa, Xarkov, Nikolayev, Kiyev və onun hüdudlarından kənara doğru  getməlidir.

“Baş verənlərin daha bir mühüm siyasi və hüquqi nəticəsi var. Bu andan etibarən xüsusi əməliyyat açıq şəkildə ekstraterritorial xarakter almalıdır. Bu, artıq təkcə rəsmi ərazilərimizin qaytarılması və nasistlərin cəzalandırılması əməliyyatı deyil. Hələ də mövcud olan Ukrayna torpaqlarına getmək  lazımdır. Odessaya, Xarkova, Dnepropetrovska, Nikolayevə, Kiyevə və ondan kənara”, – Medvedev yazıb.

Onun fikrincə, bu məsələdə Ukraynanın tanınmış sərhədləri mənasında heç bir məhdudiyyət olmamalıdır.

O, Kursk vilayətində yaralananlara şəfa diləyib və bildirib ki, ölənlərin ən yaxşı xatirəsi diqqətlə düşünülmüş qisasdır.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.