Azərbaycanlı güləşçi yarımfinalda məğlub oldu-Paris-2024

Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında yarımfinal görüşünü keçirib.
 97 kiloqram çəki dərəcəsində yer alan idmançı yarımfinalda Gürcüstandan olan Givi Matçaraşvili ilə qarşılaşıb.
Azərbaycan təmsilçisi rəqibinə 0:5 hesabı ilə məğlub olub.
Maqomedxan sabah bürünc medal uğrunda güləşəcək. Onun rəqibi təsəlliverici görüşlərdən sonra müəyyənləşəcək.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.